Sovqatların göndərilməsi və məhkumlarla görüş məhdudlaşdırıldı-OMBUDSMAN APARATI

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri, o cümlədən Müvəkkilin Gəncə və Şəki regional mərkəzlərinin nümayəndələri tərəfindən Koronavirus (COVİD-19) infeksiyasına qarşı görülən qabaqlayıcı tədbirlərin və sanitariya vəziyyətinin öyrənilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, 10 və 17 saylı cəzaçəkmə müəssisələrinə, 2 saylı İstintaq Təcridxanasına və Şəki Penitensiar Müəssisəsinə, habelə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə plandankənar başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmələr zamanı həmin müəssisələrin girişində daxil olan şəxslərin hərarətinin ölçülməsi üçün tibb işçisinin xidmət apardığı, həmçinin şəxslərin əllərinin xüsusi dezinfeksiyaedici məhlulla təmizlənməsinin təşkil edildiyi, məhkumların və saxlanılan şəxslərin gündəlik məlumatlandırıldığı, müayinələrin aparıldığı müşahidə olunub.

Eyni zamanda Penitensiar Xidmətin təsdiq etdiyi müvafiq qaydalara əsasən, preventiv tədbirlər məqsədilə sovqatların göndərilməsi və kənar şəxslərin məhkumlar və saxlanılan şəxslərlə görüşlərinin məhdudlaşdırıldığı müəyyən edilib.

Həmin müəssisələrin rəhbərliyi və tibb personalı ilə söhbətlər aparılıb, onlara məhkumların və saxlanılan şəxslərin sağlamlıq hüququnun təmin edilməsinə yanaşmalar, habelə cəzaçəkmə müəssisələrinin ticarət köşklərində qida və gündəlik tələbat mallarının qiymətləri yoxlanılıb. 

Eyni zamanda MPQ-nin həkim üzvü tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyələri barədə ətraflı məlumat çatdırılıb.

Etikxeber.az

Read Previous

Mərd, qayğıkeş, sözübütöv…-NAQİF HƏMZƏYEV YENİ SPİKERİ DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK ETDİ

Read Next

“Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır…”-PREZİDENTDƏN AZƏRBAYCAN XALQINA NOVRUZ TƏBRİKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir