“Söz verirəm ki, dövlətim və xalqım qarşısında vəzifə borcumu qanunvericiliyə uyğun şəkildə məsuliyyət və vicdanla yerinə yetirəcəyəm”-ƏFV KOMİSSİYASININ YENİ ÜZVÜ BƏYİMXANIM VERDİYEVA-CAVANŞİROVA ÖLKƏ PREZİDNTİNƏ TƏŞƏKKÜR ETDİ – (ÖZƏL)

Məlum olduğu kimi, dünən ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib.

Etikxeber.az-ın xəbərinə görə, Komissiyanın yeni üzvləri arasında tanınmış ziyalı, sənətşünas, böyük sənətkar, Xalq artisti Xan Şuşinskinin qızı və eyni adlı Fondun rəhbəri, Xalq artisti Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım Verdiyeva-Cavanşirova da yer alıb.

Etikxeber.az B.Verdiyeva-Cavanşirovanın ölkə Prezidentinə ünvanladığı və məxsusi olaraq, saytımıza göndərdiyi təşəkkür məktubunu olduğu kimi, izləyicilərin diqqətinə çatdırır:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Cənab Prezident!

Sizin rəhbərliyinizlə ölkəmizin bütün sahələrdə güclü inkişafı bir vətəndaş və QHT rəhbəri kimi məndə qürur doğurur.

Demokratik, plüralist ölkə olan Azərbaycanda insan hüquqlarının qorunması dövlətimizin ali məqsədlərindən biridir.

Ölkəmizdə insan hüquq və azadlıqlarının təminatına xüsusi diqqət yetirilir. Ölkədə aparılan mütərəqqi islahatlar nəticəsində cəza siyasətinin humanistləşdirilməsi də insan hüquqlarının hərtərəfli şəkildə qorunmasına xidmət edir.

Sizin verdiyiniz əfv sərəncamları və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları bir daha dövlətimizin humanist siyasətinin əyani təzahürüdür. Sizin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu siyasəti insanlarda dövlət başçına olan böyük rəğbəti daha da artırır.

Zati-aliləri cənab Ilham Əliyev!

Dünən “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi və “Xan Şuşinski” Fondunun rəhbəri olaraq mənim də Komissiyaya üzv təyin olunmağım təşkilat üzvlərimizin böyük sevincinə səbəb oldu.

Cənab Prezident, belə bir şərəfli və çox məsuliyyətli vəzifəni mənə həvalə etdiyinizə görə Sizə öz adımdan və “Xan Şuşinski” Fondu adından dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Söz verirəm ki, dövlətim və xalqım qarşısında vəzifə borcumu qanunvericiliyə uyğun şəkildə məsuliyyət və vicdanla yerinə yetirəcəyəm.

Hörmətlə “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva”

Etikxeber.az olaraq, B. Verdiyeva-Cavanşirovaya yeni fəaliyyətində uğurlar arzulayırıq!

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən artım-175 – DAHA 3 ÖLÜM…

Read Next

Abşeronun da ləğvinə ehtiyac var…-KAMİL HƏMZƏOĞLUNUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir