“Sözlərim Baxçalıya deyil, Kılıcdaroğluna idi…” – ƏRDOĞAN

“Kimsənin AKP-yə fatura kəsmək həddi deyil” sözlərim Baxçalıya deyil, əslində ana müxalifət lideri Kılıcdaroğluna idi”.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Qeyd edək ki, son bir neçə ayda az qala müttəfiqlik münasibətlərində olan AKP ilə MHP arasında axır zamanlar soyuq ruzgarlar əsməkdədir.
Xüsusilə də, MHP genəl başqanı Dövlət Baxçalının “FETÖ”-çülərlə bağlı mübarizədə AKP-ni hədəf alması, iqtidarı bu məsələdə qətiyyətli olmamaqda suçlamasından sonra münasibətlərdə gərginlik daha sərtliyi ilə üzə çıxmaqdadır.
Ərdoğanın son çıxışlarından birində “Kimsənin AKP-yə fatura kəsmək həddi deyil” söyləməsi də onun Baxçalını hədəf alması anlamışna gəlmişdi.
Ancaq AKP genəl başqanı bugünkü açıqlamasında onun fikirlərinin yanlış yönləndirildiyini, hədəfinin Baxçalı deyil, CXP genəl başqanı Kamal Kılıcdaroğlu olduğunu dilə gətirib.
O, məlum sözlərinin içərisində Baxçalı ilə bağlı hər hansı eyhamın  və bunu iddia etməyin də düzgün olmadığını sözlərinə əlavə edib.
 
Ərdoğanın bugünkü açıqlamasına isə Baxçalı tərəfindən ad çəkilmədən “nəyə inanırıq, onu da göyləyirik”-cavabı gəlib.
Etikxeber.az

Read Previous

Biləsuvarda fərdi evin həyətində narkotik tərkibli bitkilər aşkar edilidi

Read Next

Məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələndi- MASALLIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir