“Sözümüzü dedik, səmimi mövqeyimizi ortaya qoyduq, indi seçim, qərar onların-tərəfdaşlarındır!”-MİLLƏT VƏKİLİNİN YAZISI – (İKİNCİ HİSSƏ)

“Bizdən qorxmalarının, bizim üzərimizə əyri-üyrü yollarla saldırmalarının səbəbi də elə budur!”

***

(İkinci hissə)

İkinci önəmli hadisə:

Bu həftənin ilk günü, bazar ertəsi BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başladı.

Sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində də Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olundu.

Bu çıxışda dövlət başçımız bütövlükdə dünyamızı maraqlandıran, narahat edən məsələlərlə bağlı bir daha həm özünün, həm də Azərbaycanın müfəssəl, mükəmməl, birmənalı mövqeyini ortaya qoydu.

Çıxışında istər bir ildən çoxdur dünyanı başına götürən koronavirus pandemiyasına, istərsə də 32 illik qanlı Qarabağ münaqiçəsinə toxunan ölkə rəhbəri növbəti dəfə açıq, aydın mesajlarını, xəbərdarlıqlarını ifadə etdi.

Bildirdi ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla həyata keçirmişdir.

Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.

Həmçinin, “vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat etmişdir və etməkdədir.

Çünki dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilmişdir.

Azərbaycan isə həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirir və etdirəcək.

Eyni zamanda, 2020-ci ilin sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır.

Azərbaycan isə öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalmışdır.

Nəticədə də Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir.

Beləliklə, 44 günlük İkinci Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edilmişdir.

Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmiş, 32 illik Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Artıq qanlı münaqişə tarixdə qalmışdır.

Hazırda isə Qalib ölkə olaraq, qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır.

Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq.

“Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm”-deyən Ali Baş Komandan onu da bildirmişdir ki, dövlət rəhbəri olaraq, bu yaxınlarda növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı milli prioritet müəyyən edib və buraya rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi də daxildir.

Çünki Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir.

Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq.

Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.

Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələr də bu regional layihənin potensialını nəzərdən keçirə bilərlər.

Biz sözümüzü dedik, öz səmimi mövqeyimizi ortaya qoyduq, indi seçim, qərar onlarındır!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“Vətənin çətin məqamında vəzifə və sərvət davası etmək kimliyindən asılı olmayaraq hər kəs üçün utancvericidir”-AMEA BƏYANAT VERDİ

Read Next

“Ermənistandakı revanşist qüvvələr bilməlidirlər ki, Azərbaycan ona qarşı yönələn bütün terror cəhdlərinin qarşısını almağa qadirdir”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir