“Sözün bitdiyi yerdəyəm…” – SONA ƏLİYEVA

Millət vəkili gənc qızın intiharından danışdı: Övladlarımın bununla bağlı suallarına cavab verə bilmirəm

Gec də olsa, sosial şəbəkələrdə gənc qızımızın intihardan əvvəl çəkilmiş olan videosunu çox böyük üzüntüylə izlədim. Mənim də o yaşda qız övladım var. Cəmiyyətin bir üzvünün, həm də yetkinlik yaşına çatmamış bir üzvünün itirilməsində başda valideyinləri, yaxınları olmaqla hamımız, bütün cəmiyyət günahkardır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib.

Onun sözlərinə görə, nə qədər ki, erkən evlilik, qadın və uşaqlara qarşı zorakılığın bütün formaları ictimai qınaqla qarşılanmayacaq, nə qədər ki, bu tipli hadisələri hərənin “öz işi” kimi qəbul edəciyik, bu cür ağır itkilər artmaqda davam edəcək.Millət vəkili deyib ki, bundan başqa, zaman-zaman insanlar həyatında çətinliklərlə qarşılaşdıqları an intihar və bu kimi halları ağlından keçirir:

sona-5

“Eyni zamanda, gündəlik xəbərlərdə bu kimi halların baş verməsi haqda informasiyalar yayıldıqca, bu fikrin reallaşması kimi hisslər də əlavə olunur. Statistika göstərir ki, intihar halları ilə bağlı xəbərlrin geniş müzakirəsi onun dəfələrlə artmasına gətirib çıxarır ki, bu hal “Verter effekti” adlanır. Mən çox mediadan və insanlarımızdan xahiş edərdim ki, gələcəyimizin, övladlarımızın xatirinə bu kimi xəbərləri paylaşmasınlar. Bu paylaşımın övladını itirmiş ailənin ailəyə verdiyi ikiqat acını və kədəri duymazdan gəlməsinlər, yaxşı nümunə olmasa da, gənc bir övladımızın ruhuna ehtiramla yanaşsınlar və bunu müzakirə obyektinə çevirməsinlər. Nəyin düz, nəyin səhv olduğunu izah etməyə çalışmasınlar… Heç olmasa bundan sonra bu kimi hadisələrin qarşısını almağa yönəlik işlər görməyə çalışaq, gınclərimizi və övladlarımlzı bu kimi təhlükələrdən qorumağa çalışaq… Bu arada-dünəndən övladlarımın bununla bağlı suallarını cavablandırmaqda çətinlik çəkirəm… Sözün bitdiyi yerdəyəm…”.

S. Əliyevanın bildirdiyinə görə, bir neçə həftə əvvəl “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ilə bağlı fikirlərini və təkliflərini bölüşüb:

“Bir daha qeyd edirəm ki, qeyri-qanuni,qeyri-etik və digər bu kimi hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətini müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması adıçəkilən layihədə nəzərdən keçirilsin. Və çox istərdim ki, bunu təkcə qanunla tənzimləməyək, həm də vicdanımızı dinləyək və insanımıza olan ehtiramımızdan edək”.

Etikxeber.az

Read Previous

DÇ-2018: Rusiya-Misir qarşılaşması başladı-3:1 – YENİLƏNİB – (2)

Read Next

Misir yığmasının baş məşqçisi istefaya göndərilir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir