Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aqrar sığorta ilə bağlı qanun layihəsində əməlli-başlı dəyişiklik var. Birinci oxunuşla üçüncü oxunuş arasında fərq həddindən artıq çoxdur. Ona görə istərdim ki, lombardlarla da bağlı sənəddə bu fərqi görək, təkliflərimiz, iradlarımız nəzərə alına.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Əli Məsimli “Lombardlar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
“Yəni, arzumuz, istəyimiz odur ki, mükəmməl bir qanun layihəsi olsun”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Spiker Oqtay Əsədov isə millət vəkilinə yarıciddi, yarızarafat belə cavab verib:
“Qanun layihəsi sizin komitənindir. Hazırlayın, mükəmməl olsun”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az