Spiker Milli Qəhrəmana prezidentin salamlarını çatdırdı – FOTOLAR

Milli Məclisin (MM)  sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, O. Əsədov əvvəlcə ümummilli lider Heydər Əliyev adına istirahət parkında  mərhum dövlət başçısının heykəli önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini yad edib.

Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev spikerə park haqqında ətraflı məlumat verib.

MM-in sədri sonra  Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna gəlib.

Prezident İlham Əliyevin salamlarını çatdıran spiker qeyd edib ki, dövlət başçımızın birbaşa göstərişi və nəzarəti ilə onun müalicəsi nəzarət altındadır:

“Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək”.

Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Sonra spikerə milli qəhrəmanlarımız haqqında olan kitabı təqdim edib.

O.Əsədovu görüşlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev müşahidə edib.

zabit

zabit-2

Etikxeber.az

Read Previous

“Çingiz, sən bizim üçün qalibsən!” – DEPUTAT YAZDI

Read Next

Milli Qəhrəmanın adı orta məktəbə verildi – QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir