Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlamentdə şəhid zabitlə bağlı müzakirə
Atəşkəs olmasına baxmayaraq, dünən yenə də bir komandirimiz şəhid olub.
Etikxeber.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında deputat Çingiz Qənizadə bildirib.
Millət vəkili deyib ki, bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgədə səfərdə olduğu dövrdə baş verib: “Milli Məclis ATƏT-in Minsk qrupuna bu hadisə ilə bağlı etirazını çatdırmalıdır”.
Spiker Oqtay Əsədov isə artıq Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in Minsk qrupuna məsələ ilə bağlı mövqeyini çatdırdığını bildirib: “Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar””
Kamil HƏMZƏOĞLU
Etikxeber.az