Spikerdən Etibar Əliyevin savadsızlıqla bağlı fikirlərinə-ETİRAZ

Təklif edirəm ki, peşə təhsil müəssisələrində təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilsin.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, peşə məktəblərində təhsil alan şəxsləri tədris prosesinin ortasında hərbi xidmətə çağırırlar:

“Onların böyük bir hissəsi hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmirlər”.

Etibar Əliyev qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Agentliyi yarandıqdan sonra peşə təhsilinin inkişafına müəyyən təkan verdi:

“Lakin bir müddət sonra durğunluq yarandı. Altı il ərzində Agentliyin 5 direktoru dəyişib. Bu, idarəetmədə ciddi boşluqların yaranmasına səbəb olub. Bu il 11-ci sinifdə olan 92673 şagirddən 23650 nəfər 0-50 arasında bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir. Fərz edək bu şəxslər peşə məktəbinə üz tutdular, onda orada necə təhsil alacaqlar?”

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın Azərbaycanda savadsızlığın tüğyan etməsinə dair fikri ilə razılaşmayıb.

Spiker bildirib ki, təhsil sahəsində bizim kifayət qədər uğurlarımız var.

Etikxeber.az

Read Previous

19 yeni-YOLUXMA…

Read Next

BMT veto hüququndan istifadə qaydasını-DƏYİŞDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir