Spikerlə bağlı beşinci yalan və ya YALAN AYAQ TUTAR, YERİMƏZ! – KAMİL HƏMZƏOĞLU YAZDI

İstər şəxsi, istərsə də siyasi həyatla bağlı şəri, böhtanı, yalanı, qarayaxmanı, iftiranı…heç zaman qəbul etməmişəm…

Əksinə, həyatım, fəaliyyətim boyu hər zaman bunlara qarşı olmuşam, xüsusilə də, tandığım, bildiyim, əmin olduğum… insanlarla bağlı – sosial və siyasi mövqeyindən, mənsubiyyətindən, kimliyindən asılı olmayaraq – şər-şamataya, quru iftiraya, böhtana, qarayaxmaya qarşı istər vətəndaş, istərsə jurnalist, siyasi yazar kimi, öz etiraz səsimi qaldırmışam…

İstər sosial şəbəkələrdə, daha çox da fəal olduğum “Facebook”da, istər sahibi olduğum Etikxeber.az-da, istərsə də digər media quruluşlarına açıqlamalarımda…

Heç zaman mövqeyimi bildirməkdən çəkinməmişəm, hətta buna, bunlara görə, qınaqlara, ittihamlara…məruz qalsam belə…

Bunu ədalətli və ədaləti olan hər bir kəs də təsdiqləyə bilər…

Son bir neçə gündə Milli Məclisin sədri, çoxdan və yaxından tanıdığım, şəxsiyyətinə, insanlığına, Azərbaycan, Vətənsevərliyinə dərin hörmət-ehtiram göstərdiyim Sahibə xanım Qafarova ilə bağlı düzülüb-qoşulan, həddini, əndazəsini aşan yalana, quru iftiraya, göz görə-görə deyilməyən, ifadə olunmayan sözlərin onun dilindən çıxıbmış, səslənibmiş kimi, sosial şəbəkələrdə dövriyyəyə buraxılmasına və tirajlanmasına da səssiz qala bilməzdim…

Bəlkə də Sahibə xanımı tanımasaydım, onun kimliyinə, şəxsiyyətinə, fəaliyyətinə, insani və siyasi keyfiyyətlərinə bələd olmasaydım, deyilənlərə, düzülüb-qoşulanlara bir o qədər əhəmiyyət verməzdim…

Amma qeyd etdiyim kimi, Sahibə xanımı az-çox yaxından və az da olmayan (10 ildən bir qədər çox) müddətdə tanıyan biri kimi, göz görə-görə yalanın, böhtanın, qarayaxmanın baş alıb getməsinə susqun qala, etiraz səsimi qaldırmaya biməzdim…

Bəli, Sahibə xanım yenidən və növbəti dəfə açıq-aşkar böhtanla, şər-şamata, qarayaxma ilə üz-üzədir…

Yenə də bəziləri…demədiyi, ifadə etmədiyi sözləri, sözü onun adına çıxmaq, çıxarmaq üçün dəridən-qabıqdan çıxır, necə deyərlər, bulanıq suda balıq tutmaq istəyirlər…

Spikerliyi dövründə (bir qədər ondan öncə də) Sahibə xanım bir neçə dəfə, ən azı 4 dəfə böhtanla, yalanla, qarayaxma ilə üz-üzə qalmışdı…

Əvvəlcə “Primakov-esse” məsələsi, söhbəti ortaya atıldı və təsdiqini tapmadı, yalan, böhtan olduğu qısa zamanda üzə çıxdı, sonra “aqressiv yanaşma” iddiası-ittihamı düzülüb-qoşuldu, o da qısa zaman kəsiyində sabun köpüyü kimi, bir andaca uçub, buxarlanıb, yox olub getdi, daha sonra deputatların müavinətləri-bayram pulu… məsələsi ətrafında hay-küy qoparılmağa, ajiotaj yaradılmağa çalışıldı…Bəziləri özlərini sanki birinci dəfəymiş bundan xəbər tuturlarmış kimi, aparmağa, əslində isə şou yaratmağa çalışdı, ancaq, istəkləri də, niyyətləri də, çouları da elə istək, niyyət, şou olaraq qaldı, “stəkanda fırtına yaratmaq” cəhdləri baş tutmadı…

Daha sonra spikerin yüksək səviyyəli, Azərbaycanın maraqlarına tam mənada cavab verən Rusiya səfəri ətrafında qalmaqal yaradılmağa səylər göstərildi, onlar da alınmadı, baş tutmadı…Əlləir hər yerdən üzülənlər bu dəfə də spikerin Milli Məclisin fevralın 23-də keçirilən növbəti plenar iclasında səsləndirdiyi “hazırda Qarabağ döyüş bölgəsi deyil” sözünü “Dağlıq Qarabağ Qarabağ artıq döyüş bölgəsi olmadığı üçün hərbçilərə ikiqat maaş lazım deyil” kimi dövriyyəyə buraxaraq, tirajlamağa, demədyi, ifadə etmədiyi sözə görə, ona qarşı növbəti yalan, qarayaxma kampaniyasına başladı, başlayıblar…

Həmin gün Milli Məclisin iclasında iştirak edən bir parlament müxbiri olaraq, ortaya atılan iddianın, ittihamın külliyən yalan və iftira olduğunu bildirirəm…

Sahibə xanımın dilindən belə bir ifadə, belə bir söz səslənməyib, səslənmiş ifadə də “hazırda Qarabağ döyüş bölgəsi deyil” ifadəsidir…

Burada da hərbçilərin maaşlarının azaldılmasına və ya ikiqat olmamasına müsbət sayıla biləcək hər hansı bir nüans, məqam, eyham yoxdur…

Bəli, Sahibə xanım hər kəsə məlum olan həqiqəti, sadəcə, bir daha dilə gətirib…

Bu həqiqət də ondan ibarətdir ki, Qarabağda müharibəyə, münaqişəyə 10 noyabrda son qoyulub, Qarabağ münaqişəsi, Qarabağ müharibəsi geridə qalıb və hazırda da Qarabağ bölgəsi müharibə, münaqişə bölgəsi deyil…

Bunu ölkə Prezidenti cənab İlham Əliyev də dəfələrlə çıxışlarında səsləndirib və bildirib ki, “İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir“.

İndi bütün bunlardan sonra (parlamentin 23 fevral tarixli iclasından ötən 3 gün ərzində) Sahibə xanımın dilindən səslənən bir sözün tam və bilərəkdən təhrif olunaraq, dövriyyə buraxılması, tirajlanması, bir sözlə, spikerin, Azərbaycan xanımının hədəf seçilməsi insanlıqdan, bütün etik normalardan kənar bir hərəkət və addımdır…

Bəli, bu həyatda heç kimsə tənqiddən, hətta ittihamdan sığortalanmayıb….

Hər kəs tənqid edilə, hətta ittiham oluna da bilər…

Bu, həm də hər mənada arzusunda olduğumuz demokratiyanın göstəricilərindən, başlıca əlamətlərindəndir…

Amma tənqid başqa, təhqir, böhtan, iftira, qarayaxma tam başqa…

Bunları qəti şəkildə eyniləşdirmıək və qarışdırmaq olmaz…

Bunları edənlərin məqsədi və niyyətləri də heç zaman duru, saf ola bilməz…

Və necə deyərlər, yalan ayaq tutar, yeriməz…

Sahibə xanımla bağlı növbəti, belə demək mümkünsə, beşinci yalan da yalandan o yana getmədi, yerimədi, yürümədi…

Yeriyə də, yürüyə də bilməz(di)!

19:56, 26 fevral

Kamil HƏMZƏOĞLU (HƏMDİDOV)

Etikxeber.az saytının baş redaktoru və “525-ci qəzet”in parlament müxbiri

Etikxeber.az

Read Previous

“Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Azərbaycan ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir…”-XİN-DƏN ETİRAZ

Read Next

“Tələb sərt və aydındır-Ermənistan kimi faşist bir dövlətdə ordu olmamalıdır…Səbəbi isə aydın, tarixi proseslər fonunda ədalətli və qəbulediləndir…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir