“Spiker”lik məsələsi ilə bağlı-QƏNİRƏ PAŞAYEVADAN ETİRAZ

Sosial mediada, bəzi media orqanlarında mənim Milli Məclis sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır. Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir, hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır, mən isə bitərəfəm.

Etikxeber.az xəbər verir ki, bunu 105 saylı Tovuz Seçki Dairəsindən 4-cü dəfə seçkilərə qatılan və seçkilərin qalibi olan Qənirə Paşayeva deyib.

“Digər tərəfdən yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamınızı xahiş edirəm“-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bakıdakı qarşılaşmalarda özümüzü ev sahibi kimi hiss edəcəyik”-ŞENOL GÜNEŞ

Read Next

BŞİH yenə-LÖKBATANI GÖSTƏRDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir