“Spravedlivaya Rossiya”-nın rəsmisi Delyaqinə görə Azərbaycandan-ÜZR İSTƏDİ

“Spravedlivaya Rossiya” Partiyasının rəyasət heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein partiyadaşı Mixail Delyaqinin Azərbaycanın ünvanına Rusiyanın dövlət telekanallarında səsləndirdiyi təhqir və təhdidlərlə bağlı Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adına məktub ünvanlanyıb.

Etikxeber.az-ın xəbərinə görə, səfirliyin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyib, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayıb.

Eyni zamanda Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirib.

Etikxeber.az

Read Previous

48 yeni yoluxma-3 ÖLÜM…

Read Next

Bakının İkinci Vətən Müharibəsi Şəhidləri: VÜSAL TEYMUROV VƏ ELVİN ABASOV…BİR DAHA AİLƏLƏRİNİ ZİYARƏT ETDİM, BİR DAHA ŞƏHİDLƏRİMİZİN RUHLARI QARŞISINDA BAŞ ƏYDİM…-FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir