SS-520 miniraketinin kosmosa buraxılışı təxirə salındı…

Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) əlverişsiz hava şəraitinə görə SS-520 miniraketinin kosmosa buraxılışını təxirə salıb.

Xəbər verildiyi kimi, bu, süni peyki orbitə çıxarmağa qadir olan ən kiçik raketlərdən biridir.

Etikxeber.az-ın məlumatına görə, agentlik həmin raketi yanvarın 11-də ölkənin cənub-qərbində yerləşən Uçinoura Kosmik Tədqiqatlar Mərkəzindəki uçuş meydançasından kosmosa buraxmağı planlaşdırırdı.

JAXA-nın nümayəndələrinin bildirdiyinə görə, raketin buraxılışı son anda uçuş meydançasında küləyin güclənməsi səbəbindən təxirə salınıb.

Etikxeber.az

Read Previous

“Rusiyayla münasibətim yoxdur – heç bir sövdələşmə, heç bir kredit, heç nə!” – TRAMP

Read Next

Voleybol üzrə U-18 millimiz Rusiya, Portuqaliya və Rumıniya yığmaları ilə qarşılaşacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir