“Standartlar, yanaşma dəyişməlidir…Pulsuz dərmanlarla bağlı Nazirlər Kabinetinin təsdiqliyi siyahı dəyişdirilməli, genişləndirilməlidir…”-MİLLƏT VƏKİLİNDƏN ÖNƏMLİ TƏKLİF

Sözsüz ki, Səhiyyə komitəsinin bir nömrəli funksiyası payız sessiyasında da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə yaxından iştirak etməkdir. Səhiyyə komitəsinin üzvlərinin çox aktiv şəkildə iştirakı ilə ən azı əhali arasında ictimai maarifləndirmə baxımından ciddi səylər göstərilməlidir və biz hər birimiz çalışmalıyıq ki, pandemiyanın qarşısının alınmasında hansısa bir töhfəmizi verək. Amma bununla belə, bir neçə qanun layihəsi var ki, onların gündəmə gəlməsinə ehtiyac duyulur. Hökm deyil ki, payız sessiyasında olsun, gələn ildə də ola bilər. Amma bütün hallarda onlar gündəmə gətirilməli, hərtərəfli müzakirələrdən keçirilməli, təkmilləşdirilməli və sonda nəhayət, qəbul edilməlidir.

Bunu Etikxeber.az-a özəl açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

“Məsələn, vaxtilə dərmanla əhalinin təmin olunduğu qruplar vardı. Yəni, birinci, ikinci, üçüncü qrup xəstələr pulsuz dərmanlar alırdılar və bu gün də alırlar. Konkret olaraq, şəkər xəstələri, ürək-damar xəstəlikləri olan xəstələr, digər xəstələr pulsuz dərmanlarla təmin olunurlar. Onlarla bağlı müəyyən bir siyahı var ki, onu Nazirlər Kabineti təsdiq edir və nəticədə də onlar bu dərmanları pulsuz alırlar”-deyən millət vəkili hesab edir ki, gələcəkdə bu siyahının bir az genişləndirilməsinı ehtiyac var.

“Çünki bu gün dünya inkişaf etdiyi kimi, farmokologiya sənayesi də inkişaf edir. Artıq o qədər yeni dərmanlar çıxır ki, köhnə, tutaq ki, şəkər xəstəliyində ənənəvi istifadə olunan insulindən daha yaxşı olur. Amma bu gün o siyahılar dəyişdirilməlidir, onlar genişləndirilməlidir. Məsələn, vərəm xəstəliyi ilə bağlı demək istərdim. Vərəmli xəstələrin qidalanması ilə bağlı məsələ bu gün qanunvericilikdə müəyyən formada yazılır, tənzimlənir, amma o xəstələrin qidalanması ilə bağlı yenə də müəyyən standartlara baxmaq lazımdır. Çünki sovet dövrünün standart ilə bugünkü standart, bugünki tələbat uzlaşmır…”-deyə, M. İbrahimqızı sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Read Next

“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir