Statistika Komitəsi : 11 milyon ton yük, 1410,3 min sərnişin daşınıb

Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar-sentyabr aylarında 11 milyon ton yük, 1410,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 13,5 faiz azalma, sərnişin daşınmasında isə 1,8 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 438 vaqon yüklənib, 416 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,8 min ton, Qərb istiqaməti üzrə 4,9 min ton, Cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.

Etikxeber.az

Read Previous

Apellyasiya Şurasının icraatına 23 vergi ödəyicisi üzrə 36 müraciət daxil olub

Read Next

Dövlət Gömrük Komitəsinin sədri də Balakəndə vətəndaşları qəbul edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir