Statistika Komitəsi: Azərbaycanda 34,7 milyon ton neft və 24,6 milyard kubmetr qaz hasil edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 34 milyon 718,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 24 milyard 609,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin dövrdə əmtəəlik təbii qazın hasilatı isə 15 milyard 490,7 milyon kubmetr təşkil edib.

Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildirilib ki, on ayda ölkədə neft hasilatı 0,8 faiz, qaz hasilatı isə 5 faiz azalıb. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,1 milyard manat olmaqla 2015-ci ilin müvafiq dövrünə nisbətdə 0,2 faiz azalıb.

Etikxeber.az

Read Previous

Məmmədyarov Fransaya işgüzar səfər edəcək

Read Next

Noyabrın 17-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir