Statistika Komitəsi : Azərbaycanda 6 min 88 müəssisə və təşkilat yaradılıb

Yanvar-sentyabr aylarında Azərbaycanda 6088 müəssisə və təşkilat (onların nümayəndəlikləri və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 33,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən  Etikxeber.az-a bildiriblər ki, yeni müəssisə və təşkilatların 63,3 faizi Bakıda, 11,2 faizi Aran, 7,6 faizi Abşeron, 4,8 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax, 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, hesabat dövründə fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 83094 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Etikxeber.az

Read Previous

“Amerikalılar buna getməyəcək…” – DEPUTAT

Read Next

Valyuta ehtiyatlarında qızılın payına görə ölkələrin reytinqi açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir