Statistika Komitəsi: Dəmir yolu ilə sərnişin daşınmasında 1,3 faiz artım olub

Cari ilin yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 14 milyon ton yük, 1750,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 10,6 faiz azalma, sərnişin daşınmasında isə 1,3 faiz artım müşahidə olunub.

Hesabat dövründə orta hesabla sutkada 440 vaqon yüklənib, 420 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18 min ton, Qərb istiqaməti üzrə 5 min ton, Cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.

Etikxeber.az

Read Previous

Prezident Dünya Azərbaycanlılarını Həmrəylik Günü ilə bağlı təbrik etdi

Read Next

Daha bir akademikimizi itirdik…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir