Statistika Komitəsi: Dəniz nəqliyyatı ilə daşınan yüklərin 94,1 faizini tranzit yüklər təşkil edib

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar ayında daşınmış yüklərin həcmi 641,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 51,3 faiz artıb. Yüklərin 38,9 faizini neft yükləri təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, dəniz limanlarında 894,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 842,3 min tonunu və ya 94,1 faizini tranzit yüklər təşkil edib. 2017-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 32,9 min ton idxal yükləri olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20 faiz artaraq 1,2 min nəfər olub.

Etikxeber.az

Read Previous

Məşhur idman gimnastları yenidən Bakıda bir araya gələcək

Read Next

Əliyev Şərif və Hüseynlə görüşdü – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir