Statistika Komitəsi: Elektrik avadanlıqlarının istehsalı isə 4,6 dəfə artıb

2017-ci ilin yanvar ayında kompüter, elektron məhsullarının və elektrik avadanlıqlarının istehsalı sahələrində 14,2 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 3,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 4,6 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildirilib ki, ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 7,6 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 613,7 dəfə, məişət soyuducularının istehsalı isə 72,0 faiz artıb.

Etikxeber.az

Read Previous

Azərbaycanlı hakim CEV tərəfindən yeni təyinat aldı

Read Next

“Əsgər Murad Hüseynov hərbi hissələrdən birində xidmətdədir…” – Nazirlikdən təkzib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir