Statistika Komitəsi: Orta aylıq əməkhaqqı 30 faiz artıb

Mədənçıxarma sənayesində işləyənlərin orta aylıq əməkhaqqı 30 faiz artıb.

Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildirilib ki, ötən ay sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azalıb. Sənaye məhsulunun 72,3 faizi isə mədənçıxarma sektorunda istehsal edilib.

2016-cı ildə mədənçıxarma sənayesində işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,0 faiz artıb. İl ərzində mədənçıxarma sənayesi üzrə çalışan bir işçinin orta aylıq əməkhaqqı 2 min 792,3 manat olub. Mədənçıxarma sənayesində artımın əsas səbəbi xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə əlavə bonusların verilməsi və onların əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artmasıdır.

Etikxeber.az

Read Previous

“Bu, bir daha Ermənistanın münaqişənin həllində maraqlı olmadığını sübut edir” – PREZİDENT

Read Next

Moskvanın Trampa inamı getdikcə azalır – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir