Statistika Komitəsinin iddiası: Azərbaycanda traktor və avtomobil istehsalı artıb

2016-cı ildə Azərbaycanda 709 yük avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, bu göstərici 2015-ci illə müqayisədə 1,8 dəfə çoxdur.

Ötən il Azərbaycanda 1034 traktor, 270 minik avtomobili istehsal olunub. Bu rəqəmlər 2015-ci ildə qeydə alınan göstəricidən müvafiq olaraq 8,3 və 62,8 faiz çoxdur.

Eyni zamanda, ötən il ölkədə xüsusi təyinatlı kommunal avtomobillərin istehsalı 2,3 dəfə artaraq 1557 ədəd təşkil edib.

2016-cı ildə Azərbaycanda 143 yük daşımaları üçün qoşqu və yarımqoşqu istehsal olunub ki, bu da bir il əvvəlki göstəricidən 53,4 faiz azdır.

Etikxeber.az

Read Previous

Əsas kapitala 14,9 milyard manat vəsait yönəldilib?

Read Next

Azərbaycan-Mərakeş hökumətlərarası müştərək komissiyasının ilk iclası keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir