Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu yaxınlarda açıqladığı hesabata görə, İİV virusu və hepatit C-nin yayılmasında stomatoloji xidmətlər birinci yerdə dayanır.
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı adıçəkilən komitənin yanvarın 18-də keçirilən iclasında çıxş edərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində stomatolji xidmət üzrə fəaliyyət asanlaşdırılıb:
“Bu sərbəstlik olduğuna görə bu gün Azərbaycanda istənilən şəxs – həkim, yaxud həkim olmayıb bizneslə məşğul olan şəxs, – stomatoloji kabinet açır və sonra da mütəxəssisləri cəlb edərək lisenziya alır. Monitorinq aparsaq, özümüz şahidi olarıq ki, stomatoloji xidmət beynəlxalq standartlara uyğun gəlmir. Ona görə də bu mövzuda parlamentdə dinləmələrin keçirilməsi yaxşı olardı”.
Sözügedən komitənin sədr müavini Musa Quliyev də həmkarının fikirlərini və təklifini dəstəkləyib.
O, eyni zamanda təklif edib ki, M. İbrahimqızı tərəfindən “Stomatoloji xidmətlər haqqında” qanun layihəsi işlənilib, hazırlansın:
“Hesab edirəm ki, belə bir qanun layihəsi işlənilib, hazırlanıb, müzakirələrə təqdim edilsə, yaxşı olar”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az