Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” adlı biznes forum keçirilir.
Etikxeber.az xəbər verir ki, tədbirdə 1520 millimetr (relslər arası məsafə) məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq hakimiyyət orqanlarının rəhbərləri iştirak edirlər.
Forum çərçivəsində, əsasən beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət tərkibinin istehsalı, logistik zəncirvarı əlaqələrin qurulması və digər məsələlər müzakirə edilir.
Baş nazirin müavini Abid Şərifov iştirakçılara Azərbaycan dəmir yollarının yaranma tarixi, keçdiyi mərhələlər barədə məlumat verib, görülən işlərdən danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına yönəlmiş sərəncamlarını diqqətə çatdırıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, forumda, həmçinin “Xəzər tranziti – dünyanın dörd tərəfini birləşdirərək”, “Helsinkidən Mumbayadək, Süveyş kanalı ilə müqayisədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüyü, “Xəzər halqası – açıq dəmir yolunun işə salınması ilə region dövlətlərin mənfəəti”, “İxrac diversifikasiyası – “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tam gücü ilə işə salındıqdan sonra 1520 bazarına çıxarılacaq mallar”, Maliyyələşdirmə – irimiqyaslı ixrac mexanizmləri”, “İnfrastruktur – birgə yol çəkilişinin istiqamətləri”, “Dəmir yolu infrastrukturunun tikintisində beynəlxalq əməkdaşlığın yaxşılaşdırılması yolları”, İnvestisiyalar – bazar iştirakçılarını infrastruktur layihələrinə cəlb edəcək amillər”, “Bərə əlaqəsi – dəmir yolunun davamı kimi” mövzularında müzakirələr aparılacaq.
Biznes forum çərçivəsində, “TransKonteyner” və “Port Dalyan Ltd korporasiyası” şirkətləri arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanması nəzərdə tutulur.
Gununsesi.info