“Strateji Yol Xəritəsi”: MBNP və Mərkəzi Bank təlim və sertifikatlaşdırma proqramları təşkil edəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Mərkəzi Bankı (AMB) fəaliyyətlərini əlaqələndirməklə, maliyyə sektoru mütəxəssislərinin bilik və bacarıqlarının artırılması üçün aidiyyəti istiqamətlər üzrə təlimlər və sertifikatlaşdırma proqramları təşkil edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilir.

MBNP, AMB və Təhsil Nazirliyi ali təhsil müəssisələri ilə birlikdə maliyyə sahəsində ali təhsil və peşə təhsilli proqramlarının sektorun ehtiyaclarına uyğunluğunu qiymətləndirəcək, təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində zəruri işlər aparacaqlar.

Sektorda çalışanların bilik və bacarıqlarının təkmilləşdirilməsi digər prioritetlər üçün mühüm əhəmiyyət kəsb edir. Prioritet ümumi daxili məhsula (ÜDM) və məşğulluğa birbaşa ölçülə bilən təsir göstərməsə də, Azərbaycanda maliyyə xidmətləri sektorunun inkişafına xidmət edən bütün təşəbbüsləri dəstəkləyir. Prioritet üçün böyük məbləğdə investisiya nəzərdə tutulmur.

Etikxeber.az

Read Previous

Qərargah: İtkin düşən neftçilərin axtarış trayektoriyası genişləndirilib

Read Next

Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 85 illiyi qeyd olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir