Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Həm işgüzar məqsədlərlə, həm də istirahət məqsədilə gələn turistlər arasında beynəlxalq tanınmanın növbəti səviyyəsinə çatmaq və Bakı şəhərinin turizm potensialını artırmaq üçün Milli Turizm Təbliğat Bürosu yaradılacaq. Milli Turizm Təbliğat Bürosu Bakı şəhəri barədə mövcud məlumatları yeniləmək üçün Azərbaycan Respublikasının Turizm Şurası ilə, müvafiq dövlət qurumları və digər təşkilatlarla birgə işləyəcək, mühüm hədəf bazarlarda təşviqat tədbirlərini həyata keçirəcək, eyni zamanda sahibkarlara həm aşağı büdcəli yerləşdirmə vasitələri üzrə seçimlərin çeşidinin genişləndirilməsinə, həm də şəhərin mərkəzində turizm obyektlərinin yaradılmasına dəstək verəcək.
Etikxeber.az xəbər verir ki, bu fikirlər “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.
Strateji Yol Xəritəsində bildirilib ki, bu cür əlaqələndirilmiş və məqsədyönlü səylər nəticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcək. 2017–2020-ci illər üzrə Büronun bu strategiyada nəzərdə tutulmuş istiqamətləri özündə əks etdirən fəaliyyət planı hazırlanacaq. Büronun büdcəsinin müəyyən bir qismi ilk dövrlərdə dövlət büdcəsi hesabına, digər hissəsi isə dövlət-özəl tərəfdaşlığı qurulduqdan sonra nizamnaməsində müəyyən edilmiş müxtəlif maliyyələşmə mənbələri hesabına təmin olunacaq.
Etikxeber.az