“Su çatışmazlığı problemi həll olunmalıdır”-DEPUTAT AİDİYYATI QURUMLARA MÜRACİƏT ETDİ, MM-DƏN BİR DAHA SƏSLƏNDİ – YENİLƏNİB

Biləsuvarda su çatışmazlığı problemi var. Düzdür, rayonun mərkəzi də daxil olmaqla, bəzi kəndlərin içməli su problemi həll olunub, amma bununla belə, bəzi kəndlərdə su problemi qalmaqdadır.

Etikxeber.az xəbər verir ki, bunu ATV kanalında çıxışı zamanı millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Bəzi kəndlərdə kanal sularından istifadə olunur ki, Araz çayının səviyyəsinin bir qədər aşağı enməsi ilə bağlı problem bir qədər də artıb. İndiki dövrdə, belə bir həssas məqamda su probleminin həlli olduqca vacibdir. Ona görə buradan aidiyyatı qurumlara üz tutaraq səslənirəm ki, bu problemin həllində yardımçı olsunlar, problemin həllini sürətləndirsinlər…”-deyə, o, əlavə edib.

10:37

***

“Milli Məclisin bu günkü iclasında çıxış edərək, ölkənin ən ali kürsüsündən bir daha hökumət strukturlarına müraciət və Biləsuvar rayonunun 10-a yaxın kəndində hələ də əhalinin içməli suya həsrət qaldığını elan etdim”.

Bunu da B. Məhərrəmov qeyd edib.

“Epidemiya təhlükəsi ilə üz-üzə qaldığımız vaxtda su olmadan sanitariya-gigiyena tədbirlərinin mümkünsüz olduğunu dedim. Dövlət başçımız cənab İlham Əliyevin parlamentin ilk iclasında çıxışını rəhbər tutaraq, onun iradəsinə arxalanaraq bir daha elan edirəm ki, problem həll olunana qədər bu məsələni hər bir imkanda ictimailəşdirməkdə davam edəcəyəm”-deyə, millət vəkili sonra bildirib.

18:39

Etikxeber.az

Read Previous

Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısı alındı-DSX

Read Next

İki millət vəkili MM-in iclasından yazdı- BİRİ “RUS İŞĞALI”NDAN, DİGƏRİ KREDİTLƏRƏ 3 AYLIQ GÜZƏŞTİN TƏTBİQ EDİLMƏSİNDƏN…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir