Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İspaniyanın “Barselona” komandasının hücumçusu Luis Suares sağ dizində meniskin zədələnməsi səbəbindən artroskopik əməliyyat keçirib.
İspaniya futbol klubunun saytında bildirilir ki, futbolçu dörd həftədən altı həftəyədək meydançaya çıxa bilməyəcək.
Etikxeber.az xəbər verir ki, Suares travma ilə bağlı “Barselona”nın İspaniya çempionatında qalan iki oyununu, həmçinin ölkə kubokunun “Valensiya” ilə final matçını buraxmalı olacaq.
Xatırladaq ki, cari mövsümdə uruqvaylı hücumçu keçirdiyi 49 oyunda 25 qola imza atıb.
Etikxeber.az