Subay, ali təhsilli, nəşi uzun müddət tapılmayan və noyabrın 27-də torpağa tapşırılan, 25 yaşında Şəhid olan-İLKİN AĞAKİŞİYEV – BU GÜN ONUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR, 26 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Elxan oğlu Ağakişiyevin doğum günüdür.

İlkin Ağakişiyevin bu gün 26 yaşı tamam olur və bu, onun Cənnətdəki ilk doğum günüdür.

Etikxeber.az xəbər verir ki, İlkin Ağakişiyev 1995-ci ilin sentyabr ayının 17-də Mingəçevir şəhərində anadan olub.

Mingəçevir şəhər 10 saylı məktəbin məzunu olub.

Musiqi təhsilini isə Mingəçevir  Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində alıb.

2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb.

2017-2018-ci illərdə Ordu sıralarında xidmət edib, Vətənin keşiyini çəkib.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub, Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib və oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Axırıncı dəfə ailəsi ilə sentyabrın 30-da danışıb.

Sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Ailəsinə yalınız 56 gündən sonra Şəhidliyi xəbəri gəlib.

Və nəşi noyabrın 27-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra medallarla təltif olunub.

Aildə iki uşaq, bir bacı, bir qardaş olublar.

İlkin həm də subay olub.

Bu gün Cənnətdəki ilk doğum günü ilə Şəhid İlkin Ağakişiyevin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Sonra isə Şəhidin doğum günü ilə bağlı mərasim keçiriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək.

Ziyarət və mərasimdə Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları və digərləri iştirak edəcəklər.

Nur içində yatsın, məkanı cənnətlik, Cənnətdəki ilk ad günü mübarək olsun!

Allah ailəsinə, əzizlərinə səbr versin!

09:33

***

Qeyd edək ki, Cənnətdəki ilk ad günü ilə bağlı Şəhidin məzarı ziyarət olunub.

Ziyarət bir saatdan çox çəkib.

Ziyarətdə Şəhidin ailə üzvləri, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anları, şəhər sakinləri və digərləri iştirak ediblər.

Ziyarətdən sonra isə “Çinar” restoranında Şəhidlə bağlı mərasim keçirilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İkinci Vətən Müharibəsində iki dəfə yaralanmış, Şuşa fatehlərindən biri olmuş və Şəhid kimi dəfn olunmuş XTQ kəşfiyyatçısı oğlumuzun Şəhidlik Haqqı niyə tanınmır? 8 aydır onun Şəhidliyi niyə, nədən, hansı səbəbə təsdiqlənmir?”-XTQ-ÇI KAMİL ŞAMİL OĞLU MƏMMƏDOVUN ANASI VƏ BİBİSİ FƏRYAD QOPARDI, HAQSIZLIĞA ÜSYAN ETDİ, ÖLKƏ RƏHBƏRLİYİNƏ SƏSLƏNDİ VƏ ONLARDAN İMDAD DİLƏDİLƏR… – FOTO-VİDEO

Read Next

111 gündən sonra nəşi tapılan, 3 medallı-GƏNCƏ VƏ TOVUZUN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MURAD VALEH OĞLU İBRAHİMOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir