“Sülhə gedən yol müharibədən keçirsə, ona hazır olmalıyıq” – DEPUTAT

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin  Vaşinqton görüşündən elə də ciddi açıqlamalar olmadı. Həmişəki kimi bu görüşdə də ümumi detallara toxunuldu. Bildirildi ki, tərəflərin mövqeləri arasında ciddi fərq mövcudluğu var və bu qalmaqda da davam edir. Orada ABŞ tərəfindən maraqlı və təəccüblü açıqlama o idi ki, görüş çox məhsuldar keçdi. Yəni bunu nə bizim, nə də erməni tərəfinin XİN rəhbəri demədi. Axı bu görüşün məhsuldar keçdiyini nə ilə izah etmək olar? Çünki ortalıqda heç bir nəticə yoxdur. Sadəcə olaraq, görüşdə tərəflər öz mövqeyini ortaya qoydu.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin birmənalı olaraq mövqeyi budur ki, ərazilərimiz işğaldan azad olunmalıdır, ərazi bütövlüyümüz təmin edilməlidir və məcburi köçkünlərimiz, qaçqınlarımız öz doğma yurdlarına qayıtmalıdır:

“Ermənilərin isə mövqeyi bundan ibarətdir ki, heç bir ərazini işğaldan azad etmək fikrində deyillər. Belə olan təqdirdə,  burada hansı məhsuldarlıqdan söhbət gedə bilər? Əgər bu görüşlər elə-belə davam edəcəksə hesab edirəm ki, bunun bizə heç bir xeyri yoxdur. O xeyiri yalnız düşmən görür. Çünki düşmən ərazilərimizi işğal edib və orada oturub.

elman-11

Hətta Vaşinqton görüşündə bir fikirdə səsləndi ki, biz cəbhə bölgəsinin təmas xəttində gərginliyin azadılmasını alqışlayırıq, onun tərəfdarıyıq və xalqları sülhə hazırlamaq istiqamətində iş aparırıq. Bu fikirlərin ikisi də erməninin xeyrinədir. Çünki bu gün işğalçı bizim ərazimizdə oturub. Digər tərəfdən isə axı mən necə sülhə hazır olmalıyam ki, mən soyqırıma məruz qalmışam və ərazilərim işğal altındadır.

Təbii ki, ermənilər xalqların sülhə hazırlanmasına razıdır. Çünki düşmən dövlət istədiyi qədər torpaq işğal edib. Biz isə o zaman sülhə hazırlaşmalıyıq ki, bizim ərazi bütövlüyümüz təmin olunsun, biz doğma yurdumuza qayıdaq. Əgər sülhə gedən yol müharibədən keçirsə, biz ona hazır olmalıyıq”.

Etikxeber.az

Read Previous

“Ermənistanın yeganə çıxış yolu işğal siyasətini dayandırmaqdır” – SAHİBƏ QAFAROVA

Read Next

“İşğal olunmuş ərazilər”dən nə xəbər var?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir