“Sülh çağırışlarına qulaq asmamaq, beynəlxalq çağırışların məntiqi sonluğa bağlanmaması tək bir alternativə aparır: o alternativin adı müharibədir”-MM-İN KOMİTƏ SƏDRİ

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandun Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayması təqdirəlayiq hadisədir. Birgə bəyanatda Dağlıq Qarabağ̆ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış̧ sərhədləri çərçivəsində həllinə çağırış̧ ifadə olunur.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Komitə sədri mətbuata açıqlamasında diqqətə çatdırıb ki, Avropa Parlamentinin istər bizim regionda sülh və təhlükəsizliklə bağlı, istərsə bilavasitə Azərbaycanla yaxud bizim maraq dairəmizdə öncəlik qazanmış̧ mövzularla bağlı əvvəllər də qərarları olub.

“Hesab edirəm ki, çox mühüm beynəlxalq platforma kimi, qitənin nüfuzlu orqanı kimi Avropa Parlamentinin adından səsləndirilmiş hər hansı mövqe təsadüfi sayıla bilməz və nəticələr çıxarmaq daha təsirli bəyanatlara, qərarlara nail olmaq üçün stimul yaradır. Bu bir tərəfdən respublikamızın haqlı mövqeyinin Avropa Parlamenti üslubunda təsbiti, həm də diplomatlarımızın özünəməxsus səylərinin ifadəsidir. Əlbəttə, düşünülmüş çağdaş̧ xarici siyasət kursumuzu, bu kursun müəyyənləşdiricisi olan Azərbaycan Prezidenti İlham Əliyevin titanik səylərini minnətdarlıqla qeyd etməliyik. Biz böyük bir məsələnin, Ermənistan işğalının və işğaldan irəli gələn problemlərin bir bəyanatla həll olunmadığını anlayırıq. Lakin hər belə bəyanat, ədalətli mövqe, beynəlxalq çağırış düşmənə zərbə vurur” – deyə, vurğulayan deputat bildirib ki, birgə bəyanatda Azərbaycan sərhədlərinin toxunulmazlığı prinsipinə vurğu edilməsi, danışıqlara dair öhdəlikləri gücləndirməyə çağırışın əks olunması diqqətdən qaçmamlıdır:

“Yeni yol infrastrukturunun inşası qərarının Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alındığının ifadə edilməsi, habelə Dağlıq Qarabağ̆ və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə biləcəyinin, bir sözlə, beynəlxalq hüququn pozulduğunun vurğulanması yetərincə ciddi mövqedir. Bu tip birgə bəyanatlar və çağırışlar qanunsuz məskunlaşmanın, qanunsuz yolların, tikinti işlərinin dayandırılmasına, nəticədə işğalçılığın bitməsinə gətirib çıxaranadək inkişaf etməlidir. Avropada, sülhyaratma mandatına sahib qurumlarda, ilk növbədə, Ermənistanın özündə anlamalıdırlar ki, sülh çağırışlarına qulaq asmamaq, beynəlxalq çağırışların məntiqi sonluğa bağlanmaması tək bir alternativə aparır: o alternativin adı müharibədir”.

Etikxeber.az

Read Previous

“Həmin vaxtlar ölkəyə rəhbərlik edən səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi…”-ELDAR İBRAHİMOV AZƏRBAYCANIN SON 30 İLİNDƏN DANIŞDI VƏ…

Read Next

“Dəyişəcəklər, ağıllanacaqlar, əxlaqlı olacaqlar…”-FAZİL MUSTAFA “QARAGÜRUH”, “İT SÜRÜSÜ”…MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir