“Sülh göyərçini” əslində sülh qənimi, sülh terrorçusu cildində…”-JALƏ ƏLİYEVA YAZDI

Erməni-ermənidir…

Heç zaman dəyişməyib, bundan sonra da dəyişməyəcək. Xisləti də, məkri də, kini də, nifrəti də…dəyişməz olaraq qalacaq…

Görünür yaranışdan belədirlər. Qədim məsəlimizdə deyildiyi kimi, qozbeli qəbir düzəldər. Nə isə…

Gələk Ermənistanın avantürist, sərsəm Baş naziri Nikol Paşinyanın heç də özündən fitnəkarlıqda və təxribatçılıqda geridə qalmayan “xanımı”-Anna Akopyanın növbəti, bitib-tükənməyən “planları”na, avantüralarına, sülh və təhlükəsizlik üçün təhlükəli davranışlarına.

Ermənilərin “birinci ledisi” həyat yoldaşı ilə birlikdə sülhdən, təhlükəsizlikdən, dinc yanaşı yaşamaqdan danışa-danışa, dəm vura-vura ilk gündən bunların baş tutmaması üçün əlindən-əllərindən gələni əsirgəmir…”Həftə səkkiz, mən doqquz” deyib, bütün beynəlxalq hüquq normalarını tapdalayaraq, çeynəyərək, ayaqlar altına ataraq, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni, fitnəkar, təxribatçı səfərlərini edir.

Bunlar azmış kimi, işğal olunmuş ərazilərimizdə kef məclisləri qurur, yeyir, içir, rəqs edir, poz verir, sonra da özünü heç olmamış kimi apararaq, əsl “erməni obrazı”na girir, “məzlum, zavallı görkəm alır, dünyaya yalvarır-yaxarır, guya sülhdən, barışdan yana olduğunu nümayiş etdirir. Əvvəla, adama sual verərlər ki, bu qədər “sülhpərəst”sənsə, bu qədər “barış” tərəfdarısansa, sənin, 27, 28 il öncə işğal edilən və işğalı hələ də davam etdirilən torpaqlarda nə işin var?

Qarabağ, digər işğal olunmuş ərazilər səninkidirmi ki, gündə oranı “su yolu”na döndərirsən, təxribatçı, fitnəkar əməllər, qızışdırıcı, sülhə birbaşa təhlükə törədən davranışlar edirsən? Çətin ki, bu sulllara cavab olsun, cavab versin…

Xatırlayırsınızsa, bir xeyli müddət öncə həmən bu Akopyan beynəlxalq tədbirlərdən birində Azərbaycanın Birinci xanımı, həqiqətən də, dünyanın rəhm, mərhəmət, şəfqət simvolu olan, hər zaman sülhpərvərliyi, insanpərvərliyi, humanizmi ilə seçilən Mehriban xanım Əliyevaya Qarabağ münaqişəsinin sülh yolu ilə həllində addımlar atması xahişində bulunmuş, “sülh çağırışları” etmişdi…Belə yerdə deyərlər ki, utanmasan oynamağa nə var ki?!

İşğalçı sizlər, işğalın bitməsinə, bitirilməsinə yönəlik addımlara hər cür mane olan sizlər, işğalı sürdürən sizlər, bunlar azmış kimi, Ermənistan vətəndaşı olan oğlunuzu Qarabağa “hərbi xidmətə” göndərən sizlər, həm də “sülh çağırışları” edən sizlər, “məzlum, zavallı” görkəmi alıb, timsah göz yaşları axıtmaqla, dünyanın növbəti dəfə gözlərini boyamağa qalxan da sizlər? Adam deməyə söz tapmır…

Yenə bir müddət öncə-Ermənistanın, məhz Paşinyanın təxribatçılıq və fitnəkarlıq əməlləri nəticəsində Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində gərginlik yaşandı, qanlı hadisələr baş verdi. Müzəffər, müsəlləh Azərbaycan Ordusunun Ermənistanın növbəti qəsbkarlığına layiqli cavab verdiyini, düşməni bələyindəcə boğduğunu görən kimi, həmən bu Akopyan yenə də yuyulmamış çömçə kimi ortaya düşdü, həyat yoldaşına, işğalçı Ermənistan Ordusuna etiraz etmək əvəzinə, bir andaca “sülh göyərçi”ninə, nə bilim, “sülh qaranquşu”na, “mələyə” döndü, Azərbaycan qadınlarına səsləndi, döyüşlərin dayandırılmasına çağırış etdi…

Bax budur dəyişməyən erməni xisləti, bax budur Anna Akopyan və onun kimi, digər yanların əsl “siması”! Özlərinə gələndə “yazıq, zavallı, sülhpərvər” olurlar, başqalarına gələndə yırtıcıya, “arxalı köpək qurd basar”a dönürlər…

Son günlər bu “sülh göyərçini” yeni “xallar” vurmağa başlayıb…

Yenə də Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, hərbi geyimdə “hərbi təlimlər”də “kurs” keçərək, poz(lar) verməkdədir. Və yenə də əsl “sülh göyərcini” olduğunu göstərib…”Sülh göyərçini” əslində sülh qənimi, sülh terrorçusu cildində…

Bu, həm də onun göstəricisidir ki, artıq Ermənistanda, erməni kişiləri arasında döyüşməyə, hərbi xidmətə getməyə, könüllü olmağa kişi cinsindən kimsə tapılmayıb, ümid yalnız erməni “axçi”lərinə qalıb…

Bəlkə də sərt səslənə bilər, bu xalq dünyada “nadir” xalqlardandır ki, hər zaman hər bir məsələdə öz qadınını önə verib. Bu dəfə də öz “dəyərləri”nə uyğun hərəkət ediblər və edirlər… Etsinlər, öz işləridir.

Nəticədə heç nə alınmayacaq!

Ermənistanın bütün məsələlərdə, o cümlədən, hərb meydanında çöküşü, fiaskosu qaçılmazdır. Sadəcə, geci-tezi var!

13:22

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

20-ci əsrin modern kəndi, 21-ci əsrin bərbad qəsəbəsi- QIZILHACILIm…Ümid cənab Prezidentlə Mehriban xanımadır! -KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

“Problemlər dinlənildi, şikayət və ərizələr qəbul edilərək qeydiyyata alındı və…”-MİLLƏT VƏKİLİ – YENİLƏNİB – (1) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir