“Sülh naminə mənəvi çağırış” adlı konsert proqramı təşkil edildi – FOTO

Mayın 5-də Şirvanşahlar Sarayında Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları üçün “Sülh naminə mənəvi çağırış” adlı konsert proqramı təşkil edilib.

Etikxeber.az xəbər verir ki, konsertdə Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə Hollandiyanın “The Nieuw Ensamble” orkestrinin və Əməkdar Artisti, tar ifaçısı Sahib Paşazadənin ifasında Əməkdar Artist Fərac Qarayevin kompozisiyası səsləndirilib.

Xatırladaq ki, mayın 6-dək davam edəcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu nüfuzlu beynəlxalq qurumları – UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Forumda 120-dək ölkə rəsmisi, 50-dək beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edir. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb.

Etikxeber.az

Read Previous

Bu gün biz fəxr hissi ilə deyirik ki, ölkəmizdə savadlılıq 100 faizə yaxındır – MEHRİBAN ƏLİYEVA – FOTO

Read Next

Yerevan ofisinin bağlanmasında Ermənistan günahkardır – ATƏT PA-NIN VİTSE-PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir