“Sülh və stabillik üçün parlamentarilərin dialoqu” başlayır – MOSKVADA

Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Parlamentarizmin inkişafı” adlı II Beynəlxalq forumda iştirak etmək üçün iyunun 30-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək.

Etikxeber.az xəbər verir ki, tədbirdə “Beynəlxalq təhlükəsizlik: sülh və stabillik üçün parlamentarilərin dialoqu”, “Qanun yaradıcılığı və rəqəmsal gələcəyin hüquqi əsasları”, “Parlamentlərarası əməkdaşlıq: prinsiplər və istiqamətlər” mövzularında müzakirələr aparılacaq.

eli_huseynli_esas_55

Forum çərçivəsində yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasında hüquqi tənzimləmənin əhəmiyyəti, mediada saxta xəbərlərə qarşı mübarizə yolları, ekoloji qanunvericilik, parlamentarizmin inkişafında gənclərin rolu, beynəlxalq humanitar hüquq və bu sahədə parlamentlərarası əməkdaşlıq məsələlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək.

Komitə sədri  toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.

Səfər iyulun 3-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Asiman Qurbanlı ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırdı – YENİLƏNİB

Read Next

Akşənər AKP-yə və Ərdoğana meydan oxudu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir