“Sumqayıt” futbol klubu Türkiyədə 3 yoxlama oyunu keçirəcək

“Sumqayıt” futbol klubu Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığını davam edir. Hazırlıq proqramı çərçivəsində məşqlər baş məşqçi Samir Abasovun rəhbərliyi ilə “Kapital Bank Arena”da keçirilir.

Futbol klubunun mətbuat xidmətindən Etikxeber.az–a bildirilib ki, komanda təlim-məşq toplanışının növbəti mərhələsini ötən mövsüm olduğu kimi Türkiyənin Antalya şəhərində keçirəcək. Belə ki, yanvarın 10-da dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq “Sumqayıt” futbol klubu qardaş ölkəyə yola düşəcək.

“Sumqayıt” Antalyada “The Sense De Luxe” otelində məskunlaşacaq. Komanda Türkiyədə olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək.

Etikxeber.az

Read Previous

Aybəniz Haşımovadan media mənsublarına müraciət: “Kökündən necə kəsirsinizsə…”

Read Next

Netanyahu: Qüdsdə əsgərlərə hücum edən şəxsin İŞİD-lə əlaqəsi var

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir