Sumqayıt və Abşerona içməli suyun verilməsində məhdudiyyət olacaq – BU GÜN

Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 4 noyabr 2019-cu il tarixində Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Etikxeber.az-a  verilən məlumata görə, su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

“Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir” – deyə,  ASC-dən bildirilib

Etikxeber.az

Read Previous

Parlamentdə büdcə müzakirələri başlayır – SABAH

Read Next

“Paşinyan bu dəfə düz deyir…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir