Sumqayıtda partlayış baş verdi – bir nəfər dünyasını dəyişdi

Sumqayıtda partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Etikxeber.az-a bildirilib ki, Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayışın baş verməsi və 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:14-də başa çatıb.

Etikxeber.az

Read Previous

Trudo: “Danışıqlara əsaslanan münaqişənin nizama salınması prosesini dəstəkləyirik”

Read Next

Sakinlər üçün yeni piyada keçidi istifadəyə verildi -“Dərnəgül”də – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir