Sumqayıtlı Vüsal Muradov və Şamaxılı Ziyad Zərbalıyev-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİ, MÖVLUDLARIDIR…

Sumqayıt şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Cəsarət oğlu Muradovun doğum günüdür.

Bu gün-19 may 2026-cı il tarixində Vüsal Muradovun 27 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, ata tərəfdən əslən Laçınlı-Şəlvəli, eyni zamanda, Ağdamlı olan Vüsal Muradov 1999-cu ilin may ayının 19-da Sumqayıt şəhərində dünyaya gəlib…

Ağdamlı olan valideynləri 1993-cü ildə bu rayonun erməni qaniçənləri tərəfindən işğal olunması ilə bağlı məcburi köçkün kimi Sumqayıt şəhərinə pənah gətiriblər…

Vüsalgil ailədə iki övlad, iki qardaş olublar…

Ondan kiçik və sonbeşik olan qardaşı da ali təhsillidir…

Vüsal 2006-2014-cü illərdə Sumqayıt şəhərində yerləşən 20 saylı orta məktəbdə oxuyub…

Uşaqlıqdan hərbçi olmaq istəyən Vüsal sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib…

2017-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub…

2020-ci ildə, 4-cü kursda oxuyarkən İkinci Vətən Müharibəsinin başlanması ilə əlaqədar Vətənin müdafiəsinə atılıb, döyüşlərə qatılıb…

Kiçik leytenant hərbi rütbəsini daşıyan Vüsalın şərəfli döyüş yolu bir ay iki gün çəkib…

Axırıncı dəfə isə ailəsi ilə Şəhidliyindən 4 gün öncə danışıb…

Oktyabr ayının 29-da Hadrut istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi 31 oktyabr tarixində Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Xocavəndin azad olumasına görə” medalları ilə təltif olunub…

Ailəsi eyni zamanda, övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

21 yaşında Şəhidlik məqamına ucalan Vüsal həm də subay olub…

***

Bu gün həm də Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ziyad Nəriman oğlu Zərbalıyevin doğum günüdür.

Ziyad Zərbalıyevin bu gün 24 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Qeyd edək ki, Ziyad Zərbalıyev 2002-ci il mayın 19-da Şamaxı şəhərində dünyaya gəlib.

Onlar da ailədə iki övlad, iki qardaş olublar…

Ziyad həm də evin-ailənin sonbeşiyi idi…

2008-2017-ci illərdə S.M.Qənizadə adına 1 saylı Şamaxı şəhər tam orta məktəbində oxuyub…

Sonra, 2017-2019-cu illərdə təhsilini Şamaxı Dövlət Regional Kollecində davam etdirib…

İkinci Vətən Müharibəsində isə bir neçə ayın Əsgəri kimi iştirak edib…

Şərəfli döyüş yolu 24 gün çəkib…

2020-ci ilin oktyabr ayının 20-də isə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi 2 gün sonra, oktyabrın 22-də Şamaxı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…

O da Vüsal kimi subay olub.

Şamaxıda adını daşıyan küçə var.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mingəçevirli Şəhid Eldəniz Əlimuxtarovun anası-DÜNYASINI DƏYİŞDİ…

Read Next

“Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO – (MÜSAHİBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir