“Sürət həddi bir qədər artırılıb”- BNA nəqliyyatın hərəkətində çətinliyin olmadığını deyir

Hazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən Etikxeber.az-a verilən məlumata görə, yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur.

“Məlumat üçün onu da bildirək ki, dünən axşam saatlarında paytaxtda müşahidə edilən hava şəraiti nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti-hava limanı və Zığ-hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilib. Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı saxlanılıb” – deyə, qurumdan bildirilib.

Etikxeber.az

Read Previous

FHN: Neftçilərin axtarışına 3 helikopter cəlb edilib

Read Next

Baş Prokurorluq Lapşinlə bağlı açıqlama yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir