Suraxanı Rayon Polis İdarəsində 30-dan çox əməkdaşın işdən çıxarılmasına-AYDINLIQ GƏTİRİLDİ

Daxili İşlər Nazirliyi (DİN) Suraxanı Rayon Polis İdarəsində 30-dan çox əməkdaşın işdən çıxarılmasına dair yayılan məlumatlara aydınlıq gətirib. 

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumatda bildirilir ki, cari ilin yanvar ayında həmin qurumda plan üzrə inspeksiya keçirilərək nəticələrinə əsasən qərar qəbul edilib.

Qərara əsasən, xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşı tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib, bir qrup əməkdaşa digər intizam tənbehləri verilib, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirilib:

“Qeyd edilməlidir ki, daxili işlər orqanlarında aparılan belə yoxlamaların məqsədi idarəetmənin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, mülkiyyətinin, hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsidir. Eyni zamanda, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi, əməkdaşların tapşırılmış sahəyə cavabdehliyinin və məsuliyyətinin daha da artırılmasıdır”. 

Etikxeber.az

Read Previous

24 yaşlı-4 medallı gənc hərbi həkim-HAZIRDA DA ƏN ÖN XƏTDƏ OLAN ORXAN EMİNOV!

Read Next

“İstərdim ki, millət vəkilləri növbəti ildə daha fəal, aktiv olsunlar…Qazilərin, Şəhid ailələrinin və Vətən Müharibəsi iştirakçılarının problemlərinin dinlənilməsində, parlament və ölkə rəhbərliyi səviyyəsində həll olunmasında daha çox fəallıq göstərsinlər…Yəni, millət vəkillərinin növbəti 4 illik fəaliyyətində bunlar qırmızı xətt kimi olmalıdır”-KAMİL HƏMZƏOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir