Suraxanının icra başçısı Şirvana, Şirvanın icra başçısı Zərdaba, Yasamalın icra başçısı Xətaiyə göndərildi – DEPUTAT DA İCRA BAŞÇISI OLDU – SƏRƏNCAMLAR – YENİLƏNİB – (2)

Ölkə Prezidenti İlham Əliyev İlqa Abbasovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Qeyd edək ki, İ. Abbasov Suraxanı Rayon İcra Hakimiyəti başçısı vəzifəsindən azad edilib.

***

Prezidentin digər Sərəncamı ilə Mərdan Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sərəncamda deyilir:

Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Eyni zamanda, başqa bir Sərəncamla Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

***

Prezidentin növbəti Sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Deputat Elşad Həsənov isə Yasamala icra başçısı təyin edilib.

Qeyd edək ki,  Yasamal rayonunu parlamentdə təmsil edən E. Həsənov Azərbaycanın AŞPA və ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvüdür.

***

Bununla yanaşı,  Prezidentin digər bir Sərəncamı ilə  Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb, onun yerinə Rafiq Çəpərxan oğlu Quliyev təyin edilib.

Etikxeber.az

Read Previous

Yaqub Eyyubov büdcə müzakirələrində göründü?!

Read Next

Bahar Muradova Elşad Həsənovu – TƏBRİK ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir