Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilənlərə cəza istənilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirlinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Etikxeber.az-ın APA-ya məlumatına görə, prosesdə prokuror çıxış edərək Elbrus Əzizov, İlahi Əzizov və Babək Şirinovun 15 il, Rasim Bədəlov və Namiq Bədəlovun 13 il, Elman Mirzəbəyovun 8 il, Əfqan Şamxalovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 31-də davam edəcək.

Qeyd edək ki, həmin şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulublar.

Etikxeber.az

Read Previous

“Dərs” filmi “Listapad” film festivalında nümayiş olunacaq

Read Next

İdman yarışlarında manipulyasiyaya görə CƏZAlar sərtləşdirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir