Sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırıldı

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb.

Etikxeber.az  məlumat verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin (MM) bu gün keçirilən yaz sessiyasının ilk plenar iclasında müzakirə olunub.

Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.

Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin – “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

VVAQ üçün tələb olunan sənədlərin sayı azaldılır

Read Next

“Cavan uşaq, qoca uşaq, bu, nə deməkdir?” – SPİKERDƏN DEPUTATA ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir