“Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb” – NAZİRLİK

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin saat 12:00-a olan nəticəsi açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamacboyu hərəkəti müşahidə edilir.

Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müsahidə edilib. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış mayaklarda dinamik dəyişiklik qeydə alınmayıb.

Etikxeber.az

Read Previous

“32 dildə 30 milyon nüsxə kitabım nəşr olunub” -ÇİNGİZ ABDULLAYEV

Read Next

Azərbaycan Asiya İnkişaf Bankının etibarlı tərəfdaşıdır – PREZİDENT – FOTO -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir