Sürüşmənin səbəbi təbii amillər deyil, texnogen səbəblərdir – NAZİRLİYİN İDDİASI – FOTO

Oktyabrın 17-də səhər saatlarında Səbail rayonunun Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib. Sürüşmənin səbəbi təbii amillər deyil, texnogen səbəblərdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb.

Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur.

bibis

Qeyd edək ki, ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.

Eyni zamanda, bu gün səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşları qoparaq asfalt üzərinə tökülüb. Proses sürüşmə ilə əlaqədar deyil.

Etikxeber.az

Read Previous

Koreya vonunun payının dəyişməsinə səbəb yatırımdakı səhm payının azaldılması olub – NEFT FONDU

Read Next

ABŞ səfiri Ermənistan hakimiyyətinə və cəmiyyətinə konkret mesaj göndərdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir