“Şuşa bəyannaməsi İrəvan müqaviləsi üçün…”-ZAHİD ORUC

Zahid ORUC: “Qarabağın sabitlik və sülh ünvanı olması, Azərbaycanın təhlükəsizliyinin ayrılmaz hissəsi olmaqla yanaşı, Cənubi Qafqazda və yaşadığımız qitədə sülhə təminat verən ən böyük aktdır”

Dövlətçilik tariximizin ən böyük qələbəsinin birbaşa nəticəsi və iki ölkənin hərbi müttəfiqlik müqaviləsi sayılan Şuşa bəyannaməsi mühüm tarixi hadisədir. Ulu öndər Heydər Əliyevin ölkəmizi xilas etdiyi bir gündə belə bir sənədin imzalanması təkcə rəmzi məna daşımırdı, eyni zamanda Qurtuluş savaşının 15 iyundan  8 noyabra qədər davam etdiyini göstərir.

Çoxəsrlik sınaqlardan ləyaqətlə çıxan iki xalqın birliyi, 44 günlük müharibədə növbəti dəfə sarsılmazlıq və möhkəmlik testindən uğurla keçdi. 26 sentyabra qədər iki ölkənin yüzlərlə şəhər və kəndlərində belə sənədin imzalanması Şuşa razılaşması qədər əks-səda doğurmayacaqdı. On illərlə strateji müttəfiqliyə yol gələn iki dövlət Şuşada-qələbə şəhərində müharibənin nəticələrinin beynəlxalq legitimliyini dünyaya nümayiş etdirməklə özünün ən yüksək nöqtəsinə çatdı.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin yaz sessiyasının ilk plenar iclasında Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, 106  il əvvəl bütövlük, qardaşlıq salnaməsi kimi tarixə düşən Çanaqqala Zəfərində vahid səngərdə döyüşən bir millətin qəhrəman əsgərləri Azərbaycan ordusunun Şuşa salnaməsini qazanarkən həmin tarixi ideallara sadiq qaldılar.

“Ona görə də Şuşa bəyannaməsi dövlətlərin bir-biri ilə yalnız strateji maraqlarını əks etdirən sənəd olmayıb, şəhidlərin canı və qanından yoğrulan hərbi-siyasi, ordu müqaviləsidir.Bir sözlə parlaq Qələbəmiz olmasaydı, Şuşada anlaşma və təntənəli imza törəni də keçirilməyəcəkdi. Ona görə də dünyada müxtəlif dövlətərarası razılaşmalarla müqayisədə deyə bilərik ki, anlaşma beynəlxalq xarakterli razılaşmadır, çünki iki dövlət liderinin sənədi yazılı imzalaması və qarşılıqlı öhdəliklər yaratması bəyannaməni öz  miqyasına görə lokal deyil, regional və dünya əhəmiyyətli akt kimi xarakterizə eləməyə imkan verir.

Müqavilə bir dövlətə hücum zamanı ikinci dövlətin onun müadifəsinə qoşulacağını təsbit etməklə, təkcə bizim bölgəmizə deyil, eləcə də təhlükə yaranarsa, Azərbaycan ordu qüvvələrinin Türkiyə sərhədlərinin keşiyini çəkməyə hazır olduğunu nəzərdə tutur.

Şuşa bəyyənaməsini imzalamalqla, prezident İlham Əliyev Qarabağı əsrlər boyu savaş meydanı kimi saxlamağa yox, təhlükəsizlik və sabitlik ünvanına çevirməyə hədəfləndiyini dünyaya nümayiş etdirir.Əsrlər boyu xalqımızın zəif bəndi və məhrumiyyət bağı kimi çıxış edən bir məkanı dövlətçiliyin güclü və qoruyucu zirehinə çevirmək mühüm tarixi nailiyyətdir.Qarabağın sabitlik və sülh ünvanı olması, Azərbaycanın təhlükəsizliyinin ayrılmaz hissəsi olmaqla yanaşı, Cənubi Qafqazda və yaşadığımız qitədə sülhə təminat verən ən böyük aktdır.

 Ona görə də bəyyanməni 3-cü ölkələrə qarşı yönəltmək, onu region dövlətlərinə qarşı ərazi iddiası kimi xarakterizə etmək yanlışdır.Onun bütün müddəaları regionda sülhü və təhlükəsizliyi gücləndirməyə xidmət edir.Əgər bütün qonşu dövlətlər-İran, Rusiya, Gürcüstan, eləcə də bizə müttəfiq olan Pakistan, yüksək siyasi münasiəbətlərdə olduğumuz Britaniya və digər Qərb siyasi mərkəzləri prezident İlham Əliyevlə Şuşada görüşmək istəsələr, eyni müqaviləyə qoşulmağa çalışsalar, onlara da yüksək ehtiramla yanaşılacağına şübhə etmirik.Beləliklə, Şuşa bir zamanlar Osmanlı, Rusiya və İran imperiyalarının, həmçinin Avropa dövlətlərinin toqquşma meydanı olmaqdan çıxaraq, anlaşma, barış və uzlaşma ünvanı olmağa can atır.

 Şuşa bəyannaməsi Qarabagda sülh içində yaşamaq istəyən bütün xalqlara təhlükəsizlik təminatı deməkdir. Onu yalnız bir millətin, dinin və yaxud, iki dövlət elitasının mənafeləri   ilə məhdudlaşdıranlar səhvə yol verir.Bu razılaşma bütün dövrlər üçün qüvvədədir və ideoloji-siyasi yönündən asılı olmayaraq, bütün hakimiyyətlər dövründə də qorunacaq, Əliyev müqaviləsi kimi  tarixdə yaşacaqdır.Azərbaycanın son 300 ildə Qarabağda, o cümlədən, iradəmizdən kənarda taleyimizin həll olunduğu Gülüstan kəndində imzalanan savaş aktları ilə müqayisədə çoxəsrlik keçmişimizdə ilk dəfə məğlubiyyət ənənələri durdurularaq, Qalibiyyət aktının imzlanması bütün tariximizdə Ali Baş Komandan İlham Əliyevi heç bir liderə nəsib olmayan uğuru kimi təqdim oluna bilər.

 İndi iki dövlətin birgə ordu qüvvələrinin sayı 1 milyona yaxın böyük hərbi güc deməkdir. Gəlin razılaşaq ki, dövlət başçısının dünya siyasi arxitekrurasının çökdüyünü bəyan etdiyi və regionumuzda, kemiş sovet məkanında baş verən gərginliklər fonunda iki dövlətin müaviləsi gələcək böyük anlaşmalara yol açacaqdır.Bəyyannamənin qələbəmizin möhkəmləndirilməsinə, gələcək erməni xalqı üçün xilas sənədinə çevrilməsi üçün növbəti “İrəvan müqaviləsi”nə yol açan sənədi Ermənistan da qəbul etməlidir. Tarixi Qars müqaviləsi, yaxud Moskva müqaviləsindən sonra Azərbaycan dövlətçiliyinin gələcəyinə müstəsna xidmət edən sənədə xalqımız kimi biz də səs verəcəyik” – deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Əllini müdrikləşdirən 50 yaşlı-İNSAN! – KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

2022-ci il Gənclər üçün Prezident mükafatları verildi-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir