Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Milli Məclisdə bir ilkə imza atıldı. Şuşanın işğalı günü ilə əlaqədar Milli Məclisin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə çox orijinal bir üsul seçildi və tribunaya əslən Şuşadan olan gənc bir qız dəvət edildi. O qədər təsirli çıxış etdi ki, gözlərimiz doldu. Səlis, məzmunlu, dolğun nitqi ilə hamımıza bir daha bu Vətən üçün məsuliyyət hissini xatırlatdı.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
“Ardınca Sahibə xanım bir dəqiqəlik sükutla Şuşa və Qarabağ uğrunda şəhid olanların əziz xatirəsini yad etməyə çağırdı. Bu tarixlərin anılması,şəhidlərin yad edilməsi onu göstərir ki, Şuşa itkisi, Qarabağ itkisi bu millətin barışmayacağı bir itkidir”-deyən millət vəkili bildirib ki, ağılla, doğru siyasətlə, hərbi yetənəklə mütləq Vətən torpaqlarını xilas etməliyik.
“Biz bu cür şərtlərlə üz-üzə qalmış nə birinci, nə də sonuncu millətik. Toparlanmalıyıq, mütləq toparlanmalıyıq. Allah bütün şəhidlərimizə rəhmət etsin!”-deyə, o, əlavə edib.
Etikxeber.az