“Əsra qızımızın çox kövrək çıxışını ürək ağrısı ilə dinlədik…”-ŞUŞALI QIZIN PARLAMENTDƏKİ ÇIXIŞI JALƏ ƏLİYEVANI DUYĞULANDIRDI…-YENİLƏNİB – VİDEO

Bir az öncə Əsra qızımızın çox kövrək çıxışını dinlədik.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədrinin müavini, professor Jalə Əliyeva Milli Məclisin (MM) bügünkü iclaslında deyib.

O, qeyd edib ki, gənc şişalı qızın çıxışında səsləndirdikləri, Şuşanın Azərbaycan məxsusluğu bu gün Azərbaycan dövləti və ölkə Prezidenti tərəfindən qətiyyətlə, cəsarətlə dünyaya çatdırılır, duyurulur.

J. Əliyevanın sözlərinə görə, dövlət başçısının da qeyd etdiyi kimi, işğalçı dövlətinin cəhdlərinin heç bir əhəmiyyət yoxdur, Qarabağ Azərbaycanın olub və Azərbaycanındır.

Sonra millət vəkili mərhum dövlət başçısı Heydər Əliyevin qarşıdan 97-ci ildönümünün gəldiyini bildirərək, eks-prezidenti siyasətin dahisi adlandırıb.

Bildirib ki, müstəqil Azərbaycan H. Əliyevin əsəridir və hamımız ona borcluyuq.

***

J. Əliyevanın çıxışı-TAM MƏTN:

Bir az əvvəl, Əsra qızımızın çox kövrək çıxışını ürək ağrısı ilə dinlədik.

Mənim səsimi dünyaya çatdırın, dedi. Mənim yaşadığım acıları yaşamasınlar, dedi.

Qoy dünya anlasın ki, Qarabağ – Azərbaycandır, dedi. Bəli, Əsra qızım.

Bu səsin – sənin kimi milyonlarla azərbaycanlının haqlı səsinin bütün dünyada eşidilməsi, Qarabağın Azərbaycan olduğunu bizi görmək, eşitmək istəməyənlərin duyması üçün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev bütün səylərini səfərbər edib. Və elə buradaca onun qətiyyətli mesajlarından birini xatırlamaq və xatırlatmaq yerinə düşərdi:

“İşğalçı Ermənistan Respublikasının bütün cəhdlərinin perspektivi yoxdur. Ermənistan tərəfi anlamalıdır ki, ərazilərin işğalı yalnız müvəqqəti xarakter daşıyır, Dağlıq Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır”.

Hörmətli həmkarlar, bu günlərdə biz həm də dünyanın nadir şəxsiyyətlərindən olan Azərbaycan xalqının umummilli Lideri, Heydər Əliyevin 97-ci doğum ilini ölkə və xalq olaraq qeyd edirik.

Heydər Əliyevin sadəcə Azərbaycanda deyil, yaşadıqları ölkələrdə həmvətənlərimiz tərəfindən bayram kimi qeyd olunan doğum günü ümummilli liderin əziz xatirəsinə böyük ehtiramın və məhəbbətin ifadəsidir.

Heydər Əliyev Vətənin ağır günündə onun imdadına yetişən, xalqının taleyində müstəsna rol oynayan, müqəddəs xilaskarlıq və quruculuq missiyasını qələbə ilə başa vuran siyasət dahisidir.

Elə buna görə də bu böyük şəxsiyyətin adı Azərbaycan tarixinə, xalqımızın yaddaşına Xilaskar kimi əbədi həkk olunmuşdur. Bu gün onun ideyaları Azərbaycanda yaşayır və uğurla inkişaf edir.

Bu ideyaların təməlində Azərbaycan dövlətinin daha da güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatın inkişafı və xalqın firavan həyatının təmin edilməsi durur.

“Əsl siyasət – konkret, real iş görməkdən ibarətdir” – deyərək fəaliyyətə başlayan Prezident İlham Əliyev 2003-cü ildə verdiyi vədə sadiq qalaraq, bu ideyaları fəaliyyətinin yolgöstərəninə çevirərək inkişafın yeni və uğurlu modelini bütün dünyaya nümayiş etdirməkdədir.

Ulu Öndər Heydər Əliyev, “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi.

Əminik ki, Ümummilli liderin bu müqəddəs arzusu da Prezident İlham Əliyevin rəhbərliyi ilə getdiyimiz yolda bizlərə hər zaman yolgöstərən olacaq.

15:43, 8 may

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Məcburi tələbləri ehtiva edən Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşma BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır”-MƏMMƏDYAROV – FOTO

Read Next

Bu gün 9 May-QƏLƏBƏ GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir