Suyatullanma yarışlarında Azərbaycan idmançısı qızıl medal qazandı

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suyatullanma yarışlarında Azərbaycan idmançısı qızıl medal qazanıb.

Etikxeber.az xəbər verir ki, qadınlar arasında 10 metr platformadan suyatullanma yarışında fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan idmançısı Olqa Bıkovskaya qalxıb. O, final mərhələsində 275,80 xal toplayaraq çempion olub.

Yarışın gümüş medalına isə indoneziyalı Della Harimurti layiq görülüb. O, 167,70 xal toplayıb. Bürünc medalı isə 161,95 xalla türkiyəli idmançı Sinəm Sağlam aktivinə yazdırıb.

Etikxeber.az

Read Previous

Teleskoplar kosmosda yığılacaq

Read Next

“İslamiada”: Kişilər və qadınlar arasında tennis üzrə cütlüklərin yarışlarında yarımfinalçılar müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir