“Təəssüf ki, bu tale yaxınlığı işğal amilinə də əsaslanır…” – ƏFLATUN AMAŞOV

Ümumən 8 avqust gürcü xalqı və Gürcüstan dövlətçiliyi üçün olduqca ağır gündür.

Düz 11 il əvvəl baş vermiş hadisələr nəticəsində Gürcüstğanın ərazi bütövlüyünə qəsd olundu. Üstəlik işğal olunmuş torqaqlar başqa bir ölkə tərəfindən tanındı.

Bu proseslərə diqqət yetirərkən Azərbaycan və Gürcüstan xalqları arasında tale yaxınlığının bir daha şahidi olursan. Təəssüf ki, bu tale yaxınlığı işğal amilinə də əsaslanır.

Azərbaycan və Gürcüstan xalqları bölgənin qədim xalqlarıdır. Xalqlarımız daim mehriban qonşuluq və dostluq şəraitində yaşayıblar.

Aramızda heç bir konflikt olmayıb. Bu gün isə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu, bizim uğurumuzdur. Elə etməliyik ki, əldə etdiyimiz uğurlar gələcək inkişafımızı təmin etdiyi kimi, problemlərimizi də həll etsin.

Ən böyük problemimiz isə torpaqlarımızın işğalıdır. Bildiyiniz kimi, Azərbaycanın da torqanlarının 20 faizi Ermənistan tərəfindən zəbt olunub.

Dünya birliyi isə artıq 25 ildən çoxdur ki, bu ədalətsizliyə biganə yanaşır. Hesab edirəm ki, Azərbaycan və Gürcüstan beynəlxalq arenada ilk növbədə məhz bu biganəliyə və ədalətsizliyə qarşı birgə haqq səsini ucaltmalıdır.

sefirrr

Gürcüstan həm də azərbaycanlıların vətənidir. Orada yüz minlərlə azərbaycanlı yaşayır. Onlar üçün də Gürcüstanın güclü və bütöv olması əsas şərtdir. Onlar Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə, eyni zamanda avqust döyüşlərində yaxından iştirak ediblər.

Aralarında yarananlar, həyatlarını itirənlər də olub. Eyni sözləri Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanda yaşayan gürcü xalqının nümayəndələri barədə də demək olar.

Biz belə günləri daim qeyd etməliyik. Bu günün mahiyyətini ictimaiyyətə çatdırmaq son dərəcə vacibdir.

Gələcək nəsillərimiz tarixdə baş verənləri bilməli və nəticə çıxarmalıdırlar.

İnanıram ki, belə də olacaq. Azərbaycan və gürcü xalqı daim birlikdə olacaq.

Əflatun AMAŞOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Bizi qarşıda möhtəşəm hərbi qələbə gözləyir” – deyən YAP RƏSMİSİ BƏZİLƏRİNİ “ERMƏNİPƏRƏST” ADLANDIRDI

Read Next

“Keşlə” heyətini paraqvaylı hücumçu ilə gücləndirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir